Geri qaytarma siyasəti

Xəta və ya gecikmə halında geri qaytarma mümkündür. Məqsədimiz sizin razı qalmağınızdır — problemi ya dəyişdirmə, ya da balansın geri qaytarılması ilə həll edirik.

30 gün zəmanət

Bütün abunəliklər üçün

Balans geri

Həll olunmayan hallarda

24 saat

Müraciətə cavab müddəti

Geri qaytarılır

  • Verilən kod və ya hesab işləmirsə
  • Abunəlik müddəti bitməmiş dayandırılıbsa (30 gün zəmanət daxilində)
  • Manual təhvil verilən məhsul göstərilən müddətdə çatdırılmayıbsa
  • Səhv məhsul və ya səhv müddət təhvil verilibsə
  • Ödəniş ikiqat alınıbsa

Geri qaytarılmır

  • Hesab şifrəsini özünüz dəyişmisinizsə
  • Abunəlik məlumatlarını üçüncü şəxslərlə paylaşmısınızsa
  • Sadəcə fikrinizi dəyişdiyiniz üçün (rəqəmsal məhsul dərhal təhvil verilir)
  • Sosial media xidmətlərində 30 günlük zəmanət müddəti bitibsə
  • Sifariş məlumatlarını (mail, link, istifadəçi adı) səhv yazmısınızsa

Müraciət qaydası

  1. 1Sifarişi tapınHesabım → Sifarişlərim bölməsində sifariş nömrəsini götürün.
  2. 2Problemi bildirinWhatsApp-a sifariş nömrəsi və ekran görüntüsü ilə yazın.
  3. 3Yoxlama24 saat ərzində yoxlayırıq və nəticəni bildiririk.
  4. 4HəllMəhsul dəyişdirilir və ya məbləğ balansınıza qaytarılır.

Balansa köçürülən vəsait bank kartına geri qaytarılmır, yalnız sayt daxilində istifadə olunur. Sual üçün: 055-292-82-44